Bakı metrosu yay qrafikinə keçir

Bakı metrosu yay qrafikinə keçir İyunun 22-dən “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yay qrafikinə keçir.

Tehsil-press.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, xətlərdə qatarlararası intervallarda dəyişikliklər edilib. Pik saatlarında “Həzi Aslanov” stansiyasından “28 May” stansiyasına qədər və əks istiqamətdə interval 2,5 dəqiqə olacaq (pik saatları səhər 08:00-dan 10:00-a qədər, axşam 17:00-dan 19:30-a qədərdir).
Qalan vaxtlarda bu istiqamətdə 3 dəqiqəlik intervala hesablanmış hərəkət təşkil ediləcək. Gecə saatlarına yaxın qatarlar arasında interval uzadılacaq.
“28 May” stansiyasından sonra həm “İçərişəhər”, həm də “Dərnəgül” stansiyaları istiqamətində interval iki dəfə artır. Buna uyğun olaraq, həmin sahələrdə qatarlar gur saatlarda 5, digər vaxtlarda isə 6 dəqiqə intervalla hərəkət edəcəklər. Qrafik yeni tədris mövsümünə qədər qüvvədə olacaq.


Tehsil-press.az

Oxşar xəbərlər