Ana azyaşlı qızını gecə yarısı küçədə tərk etdi

Ana azyaşlı qızını gecə yarısı küçədə tərk etdi Bakıda ana azyaşlı qızını gecə saatlarında küçədə qoyaraq tərk edib və qızından sığınacağa getməsini tələb edib.

Bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağı məlumat yayıb.

Sığınacaqdan bildirilib ki, qurumun əməkdaşları dərhal azyaşlı qızın anasını tapmağa çalışsalar da, buna nail ola bilməyiblər:

"Çox təəssüf ki, belə hallarla rastlaşırıq. Bir müddət anası ilə qızını sığınacağa qəbul etdik. Ana, qızı ilə kirayə ev axtarmaq bəhanəsi ilə sığınacağı tərk etdi. Qayıdanda isə azyaşlıdan təkbaşına sığınacağa getməsini tələb etdi.

Xanıma izah etdik ki, onun da sığınacaqda qalması və övladını uşaq evinə yerləşdirdikdən sonra oradan ayrılması daha uyğun olardı. Lakin o, bunu gözləmək istəmədi.

Nəticədə, qızımız artıq yanımızda qalacaq".

Tehsil-press.az

Oxşar xəbərlər