Türkiyəli alimlər Botanika İnstitutunda olublar

Türkiyəli alimlər Botanika İnstitutunda olublar Türkiyənin Balıkesir Universitetinin Necatibey Təhsil Fakültəsinin Biologiya Təhsili kafedrasının əməkdaşları professor Dr. Tuncay Dirmenci və professor Dr. Bayram Yıldız Botanika İnstitutu PHŞ-də olublar

Səfərin məqsədi “Türkiyənin İllüstrasiyalı Florası” nəşri çərçivəsində Azərbaycan və sərhəd ölkələrin florasına aid herbari nümunələri üzərində araşdırmalar aparmaq və həmin nümunələri Türkiyə florasında mövcud olan bitki növləri ilə müqayisəli şəkildə təhlil etmək olub.

Qonaqlar 3 gün müddətində Herbari Fondunda saxlanılan Asteraceae, Lamiaceae, Rosaceae və Fabaceae fəsilələrinə aid nümunələr üzərində sistematik araşdırmalar aparıb. Həmçinin Azərbaycan və Qafqaz florasına aid Stachys, Satureja, Thymus, Cirsium, Crataegus və Onobrychis cins nümunələrini ətraflı təftiş ediblər. 

Tehsil-press.az

Oxşar xəbərlər