ABŞ Prezidenti Donald Tramp İrana təcavüzlə bağlı əslk niyyətini açıqlayıb.O, "Financial Times" qəzetinə Vaşinqtonun İranın neft sənayesinə nəzarəti ələ keçirmək istədiyini bildirib.
"Düzünü desəm, mən İranın neftinə nəzarəti ələ keçirmək istərdim", - o qeyd edib.
Tramp əlavə edib ki, ABŞ daxilindəki tənqidlərə baxmayaraq, bu mövqeyi haqlı hesab edir.
Daha əvvəl, martın 26d-a keçirilən Nazirlər Kabinetinin iclasında o, həmçinin İran neftinə nəzarətin yaradılmasının mümkün addım kimi nəzərdən keçirildiyini bildirmişdi.
"Bu, variantdır", - deyə ABŞ Prezidenti vurğulayıb.
Ancaq İranın müqaviməti Trampın arzusunu hələlik gözündə qoyub.
Tehsil-press.az









