Bağça müəllimlərinin sertifikasiya imtahanları nə vaxt keçiriləcək? - AÇIQLAMA

Bağça müəllimlərinin sertifikasiya imtahanları nə vaxt keçiriləcək? - AÇIQLAMA “Ötən ildən məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması ilə bağlı məzmunun hazırlanmasına başlamışıq. Peşəkar inkişaf ehtiyacları nəzərə alınaraq qiymətləndirmə çərçivəsi hazırlanır və qısa müddət ərzində ictimaiyyətə elan ediləcək”.

Bu fikirləri “Azərbaycan müəllimi”nə açıqlamasında ARTİ-nin Təhsilverənlərin Peşəkar İnkişafı Mərkəzinin direktoru Nəzakət Mehdiyeva səsləndirib.

O həmçinin bildirib ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılma imtahanlarının vaxtı hələ müəyyənləşdirilməyib:

“Lakin qiymətləndirmə çərçivəsi imtahanlardan xeyli əvvəl təqdim ediləcək ki, tərbiyəçi-müəllimlər ondan faydalana bilsinlər. Çərçivə böyük bir işçi qrup tərəfindən hazırlanır. Orada müxtəlif mütəxəssislər, pedaqoqlar, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və tərbiyəçi-müəllimlər də yer alır.

Qiymətləndirmə çərçivəsində məzmun və metodika, pedaqoju və psixoloji yanaşmalar yer alacaq. Məktəbəqədər təhsilin məzmunu metodika ilə bağlıdır, çünki burada ümumtəhsil müəssisələrində olduğu kimi ayrı-ayrı fənlərdən söhbət getmir. Burada əsas müxtəlif yanaşmalar, uşaqla işləməyin yolları və s. məzmun və metodikasında yer alacaq”.

Tehsil-press.az

Oxşar xəbərlər