Bakının əsas prospektlərindən birində aparılan yol xətlənməsi sürücülərin narazılığına səbəb olub.Bununla bağlı videogörüntü sosial şəbəkədə yayılıb.
Bildirilib ki, Qara Qarayev prospekti üzərində köməkçi yolda aparılan yeni xətlənmə sürücülər üçün çətinlik yaradır. Belə ki, tətbiq edilən qaydalara əsasən, sağa dönmə ikinci zolaqdan həyata keçirilməlidir. Bu isə sürücülərin fikrincə, həm hərəkəti çətinləşdirir, həm də qəza riskini artırır.
Sürücülər qeyd edirlər ki, mövcud xətlənmə yol hərəkəti zamanı çaşqınlıq yaradır və təhlükəsizlik baxımından əlavə risklər formalaşdırır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov açıqlamasında bildirib ki, sözügedən ünvanda işlər tam yekunlaşmayıb:
"Ərazidə nişanlanma xətlərinin çəkilməsi və yol nişanlarının quraşdırılması davam etdirilir".
Tehsil-press.az




