
Pedaqoji kurs 12 həftə ərzində yalnız həftəsonu Bakı, Ağcabədi, Cəlilabad, Lənkəran və Gəncədə keçiriləcək. Pedaqoji kursda yalnız öncədən qeydiyyatdan keçmiş, layihə çərçivəsində çalışan 155 tərbiyəçi-müəllim iştirak edəcək.
Qeyd edək ki, 108 saatlıq pedaqoji kurs Təhsil İnstitutu tərəfindən icra olunan “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə hazırlanıb.
Tehsil-press.az