Laboratoriya sürətli Günəş küləyinin Yer kürəsinə ən güclü təsirinin şənbə və bazar günlərində gözlənildiyini və qeyri-sabit geomaqnit şəraiti dövrünə səbəb olacağını bildirib.
"Gözlənildiyi kimi, Yer kürəsində maqnit fırtınası başlayıb. Hazırkı səviyyə G1-dir: 5 ballıq şkala üzrə minimum", - Laboratoriya Telegram kanalında bildirib.
Alimlər qeyd ediblər ki, bu günün sonuna qədər, qaranlıq çökdükcə, qütb parıltısını müşahidə etmək mümkün olacaq.
Qeyd edək ki, Yer kürəsində yayılan maqnit fırtınası meteohəssas insanlara təhlükə hesab olunur. Bu zaman insanlar arasında qəfil ürəktutmaları kimi hallar baş verir.
Tehsil-press.az





