Azərbaycanda fərdi sahibkarların sayı xeyli artıb

Azərbaycanda fərdi sahibkarların sayı xeyli artıb 2016-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 4362 müəssisə və təşkilat (onların nümayəndəlik və filialları) yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 29,7 faiz artıb.

Dövlət Statistika Komitəsindən Tehsil-press.az-a veriən məlumata görə, yeni müəssisə və təşkilatların 63,1 faizi Bakıda, 11,0 faizi Aran, 7,7 faizi Abşeron, 4,7 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax, 3,9 faizi Quba-Xaçmaz iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.
Bundan əlavə, 2016-cı ilin yanvar-iyun aylarında fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 48 911 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 30,5 faiz artıb. Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.


Tehsil-press.az

Oxşar xəbərlər