Metropolitendən kişilər üçün yeni fürsət

Metropolitendən kişilər üçün yeni fürsət “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Eskalator təsərrüfatı üzrə növbətçi dispetçeri” və “Mühəndis-texniki avadanlıqlar üzrə növbə dispetçeri” vəzifələri üzrə ödənişsiz kurs təşkil edir.

Bu barədə Tehsil-press.az-a qurumun mətbuat xidmətindən məlumat verilib.
Kurs 6 ay müddətində davam edəcək. Kursu müvəffəqiyyətlə bitirənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətində müvafiq vəzifə üzrə işlə təmin ediləcəklər. Kursda iştirak edənlərin yaşı 22–30 arası, hərbi mükəlləfiyyətli, texniki ali təhsilli, Azərbaycan və rus dillərini bilməli, Bakı şəhərində qeydiyyatda olmalıdır.
Kursda iştirak etmək istəyənlər “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub elektron müraciət formasını doldurmalıdırlar. (http://metro.gov.az/az/career/workforus)
Anket doldurularkən “İşləmək istədiyiniz işin adı” xanasına “Dispetçer” vəzifəsinin qeyd edilməsi zəruridir.


Tehsil-press.az

Oxşar xəbərlər