Baş pediatr: Körpə ölümləri azalıb, amma…

Baş pediatr: Körpə ölümləri azalıb, amma… Azərbaycanda körpə ölümü göstəriciləri azalıb. Həmçinin azyaşlılar arasında xəstəliklərə yoluxma səviyyəsində də azalma müşahidə edilir.

Tehsil-press.az saytı xəbər verir ki, bunu ölkənin baş pediatri, K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun rəhbəri Nəsib Quliyev ana və uşaq sağlamlığının qorunmasına həsr olunan tədbirdə deyib.

Baş pediatr: Körpə ölümləri azalıb, amma…

Baş pediatrın 1993-cü ildə hər 1000 nəfər diri doğulana ölüm göstəricisi 28,2 promille təşkil edirdisə, 2014-cü ildə bu göstərici 10,2 promilleyə qədərə azalıb. “Dövlət Statistika Komitəsi bu yaxınlarda yeni statistik hesabat açıqladı. Bundan sonra əksər saytlarda ötən il körpə ölümü göstəricilərinin artdığını yazdılar. Əslində isə, vəziyyət fərqlidir. Belə ki, ötən ilin əvvəlindən diri doğulanlın meyarı dəyişib. Yəni ötən ilədək 28 həftəyə qədər doğulanlar gecikmiş düşük və ölü doğulmuş kimi qeydiyyata alınırdı. Son 1 ildə isə 22 həftəlik və çəkisi 500 qram olan uşaqlar diridoğulanlar kimi qeydiyyata götürülür. Ötən il 300 belə uşaq doğulub. Onlardan 97-nin həyatını xilas etmək mümkün olub. Digərləri ölmüş uşaqların siyahısına daxil edilib və təbii ki, bu da statistikaya təsir edib”, - deyə N.Quliyev qeyd edib.

Baş pediatr: Körpə ölümləri azalıb, amma…

Baş pediatr onu da vurğulayıb ki, hazırda Azərbaycanda uşaqlar 11 yoluxucu xəstəliyə qarşı dövlət hesabına peyvənd tətbiq edilir: “Dünyanın ən çox peyvənd edilən ölkəsində peyvəndlərin sayı 13-dür. Biz də meningit və suçiçəyinə qarşı peyvəndi tətbiq etsək, onların sırasına daxil ola biləcəyik. Hazirda meningitə qarşı peyvəndə ehtiyac yoxdur. Amma suçiçəyinə qarşı peyvəndin aparılmasına hazırlıq görülür. Məsələ belədir ki, dünyada tətbiq edilən suçiçəyi peyvəndinin fəsadları qeydə alınır. Ona görə də, hər kəs daha keyfiyyətli və fəsad verməyən peyvəndlərin istehsal olunmasını gözləyir”.
N.Quliyev 2014-2020-ci illəri əhatə edən “Ana və uşaqların sağlamlığının yaxşılaşdırılması” haqqında dövlət proqramının tətbiq edildiyini də deyib.



Tehsil-press.az

Oxşar xəbərlər