Türkiyə Silahlı Qüvvələri Suriyada daha 110 terrorçunu məhv etdi

Türkiyə Silahlı Qüvvələri Suriyada daha 110 terrorçunu məhv etdi Türkiyə Silahlı Qüvvələri tərəfindən son 15 gün ərzində Suriyanın şimalında aparılan "Fərat Qalxanı" əməliyyatı zamanı 110 terrorçu məhv edilib.

RİA "Novosti"nin verdiyi xəbərə görə, bu barədə Türkiyə baş nazirinin müavini Nurəddin Canikli bildirib.
"Son 15 gün ərzində Suriyanın 772 kvadrat kilometr ərazisi İŞİD terrorçularından və Suriya kürdlərindən təmizlənib. Türkiyə Silahlı Qüvvələrinin 5 əsgəri şəhid oluib, 19 hərbçi yaralanıb, 4 tank və bir neçə BTR vurulub", - N.Canikli söyləyib.


Tehsil-press.az

Oxşar xəbərlər