
Bu barədə NTV kanalı Türkiyə Baş Qərargahındakı mənbəyə istinadən məlumat yayıb. Məlumata görə, hücum Carablus şəhərindən qərbə, İŞİD-in nəzarətində olan ərazindən həyata keçirilib. Terrorçuların atdığı raketlərdən biri tanka dəyib. Yaralılardan biri Qaziantep xəstəxanasına göndərilib. Xatırladaq ki, Türkiyə ordusu avqustun 24-dən Suriyanın Carablus şəhərində İŞİD-ə qarşı “Fərat qalxanı” əməliyyatına başlayıb.
Tehsil-press.az