Prezident İlham Əliyev meksikalı həmkarını təbrik edib

Prezident İlham Əliyev meksikalı həmkarını təbrik edib Azərbaycan Prezidenti İlham Əliyev Meksika Birləşmiş Ştatlarının Prezidenti Penya Nyetoya təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
İnanıram ki, Azərbaycan ilə Meksika arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir. Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və rifah diləyirəm".



Tehsil-press.az

Oxşar xəbərlər