Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Zati-aliləri, Azərbaycanın milli bayramı - 28 May Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunam.
Qadir Allah ölkənizin hər bir vətəndaşının xoşbəxtlik və sülh içərisində yaşamasına yönəlmiş səylərinizin həyata keçməsinə kömək etsin. Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm".
Hindistan Respublikasının Prezidenti Pranab Mukhercidən: "Zati-aliləri, Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Respublikasının xalqına və Hökumətinə Hindistan xalqı və Hökuməti adından, şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Hindistan və Azərbaycan sıx tarixi və mədəni əlaqələrə əsaslanan dostluq və səmimi münasibətlərə malikdir. Əminəm ki, bizim birgə səylərimiz sayəsində ikitərəfli əlaqələrimiz xalqlarımızın qarşılıqlı mənafeyi naminə inkişaf etməkdə davam edəcək. Hindistan Azərbaycan ilə çoxşaxəli əlaqələrin daha da güclənəcəyinə ümid bəsləyir.
Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Azərbaycan xalqına inkişaf və firavanlıq arzularımı çatdırıram.
Cənab Prezident, xahiş edirəm, ən yüksək ehtiramımı qəbul edəsiniz".
Monteneqronun Prezidenti Filip Vuyanoviçdən: "Zati-aliləri, Milli bayramınız - 28 May Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Azərbaycana davamlı tərəqqi arzu edirəm.
Azərbaycan ilə Monteneqro arasında həmişə səmimi dostluq əlaqələri olub. Əminəm ki, xalqlarımız və dövlətlərimiz arasında əlaqələr kimi, bizim gələcək əməkdaşlığımız daha da möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında əməkdaşlığı bir daha yüksək qiymətləndirir və bu işə şəxsi töhfələrinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Möhtərəm Prezident, Sizə möhkəm cansağlığı və ali dövləti vəzifənizdə uğurlar arzulayıram".
Meksika Birləşmiş Ştatlarının Prezidenti Enrike Penya Nietodan: "Zati-aliləri, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə səmimi təbriklərimi, əmin-amanlıq və rifah arzularımı çatdırmaqdan məmnunam.
Ölkələrimizin, cəmiyyətlərimizin rifahı naminə ikitərəfli münasibətlərimizin genişləndirilməsinə və möhkəmləndirilməsinə dair Meksika Hökumətinin iradəsini bir daha ifadə edirəm. Möhtərəm Prezident, dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Tehsil-press.az