
Məlumata görə, Qaziantep Polis Departamenti Şahinbəy rayonunun Çaxmaq məhəlləsində əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda axtarışlar aparıb. Əməliyyata xüsusi təyinatlı polis qüvvələri də cəlb olunub. Əməliyyat zamanı terror qruplaşması ilə əlaqədə şübhəli bilinən 4 nəfər saxlanılıb. Saxlanılanlar Qaziantep Polis Departamentinin Terrorla Mücadilə Şöbəsinə aparılıb.
Tehsil-press.az