Şirvanda 45 yaşlı kişi özünü yandırdı

Şirvanda 45 yaşlı kişi özünü yandırdı Şirvan sakini intihara cəhd edib.

Tehsil-press.az-ın məlumatına görə, 1971-ci il təvəllüdlü Elşad Rafiq oğlu Kərimov üzərinə tezalışan məhlul tökərək özünü yandırıb. Hadisə yerində olan şəxslər yanğını söndürüb və o, dərhal şəhər xəstəxanasına yerləşdirilib. E. Kərimovun vəziyyəti ağır olduğu üçün daha sonra Respublika Yanıq Mərkəzinə göndərilib. Vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər