Ağstafa sakini qayınatasını bıçaqlayıb

Ağstafa sakini qayınatasını bıçaqlayıb Qazaxda bıçaqlanma olub. Hadisə Qazax şəhərində baş verib.

Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1989-cu il təvəllüdlü Elgün Maarif oğlu Kərəmvəliyev mübahisə zəminində qayınatası, Qazax şəhər sakini, 1972-ci il təvəllüdlü Cəmaləddin Xudiyevi bıçaqlayıb. Yaralı dərhal Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı Qazax rayon Polis şöbəsində araşdırma aparılır.


Tehsil-press.az

Oxşar xəbərlər