Tehsil-press.az-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onu fikrindən daşındırıblar. İntihara cəhd edən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci polis bölməsinə aparılıb. Hadisə yerindəki əməkdaşı xəbər verir ki, 40-42 yaşlı kişi özünü Babək prospekti ilə Yusif Səfərov küçəsini birləşdirən tunelin üstünə çıxaraq, özünü atacağı ilə hədələyir.Naməlum kişi telefonunun ekranının sındığını deyir və yeni telefon tələb edir. Hadisə yerinə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və polis əməkdaşları cəlb edilib. Hazırda intihara cəhd edən şəxslə psixoloji söhbət aparılır.

tehsil-press.az














