Putin və Türkmənistan prezidentləri ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər

Putin və Türkmənistan prezidentləri ikitərəfli əməkdaşlığı müzakirə edəcəklər Bu gün Rusiya prezidenti Vladimir Putin Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşəcək.

Tehsil-press.az-ın verdiyi məlumata görə, bu gün Türkmənistan prezidenti Q.Berdiməhəmmədov Rusiya prezidenti V.Putinin dəvəti ilə Rusiyaya işgüzar səfər edəcək. Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın əsas mövzuları müzakirə olunacaq. Aktual regional məsələlərə dair də fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Türkmənistan prezidenti sonuncu dəfə 2011-ci ilin dekabrında Rusiya rəhbərliyi ilə danışıqlar aparmaq üçün Rusiyaya səfər edib.

Tehsil-press.az

Oxşar xəbərlər