
Bu sənəd müxtəlif ixtisaslar üzrə yüksək ixtisaslı kadrların hazırlanmasında birgə fəaliyyəti, birgə forum və konfransların təşkilini, elmi-tədqiqat layihələrinin həyata keçirilməsini, o cümlədən konkret fəaliyyət sahələri üzrə tədris və elmi materialların mübadiləsini nəzərdə tutur.
Bununla əlaqədar TSU-nun rektoru Oleq Novoselov, universitetin marketinq idarəsinin rəisi Valeri Qut və Tümen vilayət Dumasının deputatı Eduard Ömərov Bakı Ali Neft Məktəbində (BANM) olublar. Görüşdə SOCAR-ın ekologiya idarəsi rəisinin müavini, professor Əflatun Həsənov iştirak edib.
BANM-dan AZƏRTAC-a bildiriblər ki, Ali Neft Məktəbinin rektoru Elmar Qasımov rəhbərlik etdiyi təhsil müəssisəsinin tarixindən, qısa vaxtda əldə etdiyi uğurlardan, tədris prosesinin təşkili və neft-qaz sənayesi üçün yüksək ixtisaslı mühəndislərin hazırlanması sahəsində burada yaradılmış şəraitdən danışıb. E.Qasımov BANM-in daima genişlənən beynəlxalq əməkdaşlığı, böyük şirkətlərlə və dünyanın ixtisaslaşmış aparıcı universitetləri ilə əlaqələrinin qurulması barədə qonaqlara məlumat verib. O, Tümen Sənaye Universiteti tələbələrinin tanışlıq məqsədilə BANM-ə səfər etmələri təklifini irəli sürüb.
O.Novoselov BANM ilə qarşılıqlı fayda gətirə biləcək əməkdaşlığın başlanmasında maraqlı olduğunu bildirib. O, həmçinin TSU-nun tarixi, tədris proqramları, Rusiya və digər xarici ölkələrin neft-qaz sektorunda fəaliyyət göstərən müəssisələri ilə əməkdaşlığı barədə məlumat verib.
Sonra iki ali məktəb arasında anlaşma memorandumu imzalanıb.
Sənədi rektorlar E.Qasımov və O.Novoselov imzalayıblar.
BANM-nin Mətbuat Xidməti