.jpg)
BANM-in rektoru Elmar Qasımov Heriot-Vatt Universiteti ilə əməkdaşlığın perspektivlərindən söz açaraq bu istiqamətdə uğurlu addımların atıldığını bildirdi. Rektor Elmar Qasımov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin Britaniyanın bu nüfuzlu universiteti ilə əlaqələri genişləndirməsi, xüsusilə magistratura sahəsində əməkdaşlığın detallarının müəyyənləşdirilməsinin vacibliyini vurğuladı.
Görüşdə BANM-lə Heriot-Vatt Universiteti arasında bakalavr, eyni zamanda magistratura pilləsi üzrə əməkdaşlıq, imtahanlara nəzarət prosedurlarının həyata keçirilməsi və digər məsələlər müzakirə olundu.
BANM-nin Mətbuat Xidməti