Azərbaycan Universitetində “Educators.Pro” layihəsinin təlim mərkəzi fəaliyyətə başlayıb

Azərbaycan Universitetində “Educators.Pro” layihəsinin təlim mərkəzi fəaliyyətə başlayıb Azərbaycan Universitetində “Educators.Pro” layihəsinin təlim mərkəzi fəaliyyətə başlayıb.

Universitetdən tehsil-press.az-a bildiriblər ki, mərkəzdə əmək bazarında ən çox tələb olunan sahələr üzrə yerli təlimçilərin sinif təlimləri və seminarları təşkil olunacaq. Mərkəz bütün iştirakçılar üçün kompüter və digər texniki avadanlıqla təmin olunub.
Təlim layihəsi olan “Educators.Pro”nun əsas məqsədi öz sahəsinin peşəkarı olan xarici təlimçilərin online təlimlərinin təşkil edilməsidir. İnteraktiv təlim və seminarlarda iştirakçılar dərs müddətində təlimçi ilə canlı ünsiyyətdə olacaq və suallarına cavab ala biləcəklər.
Hazırda informasiya texnologiyaları sahəsinə aid təlimlərə başlanılıb. Yaxın gələcəkdə inşaat, dizayn kimi sahələr üzrə təlimlərin təşkili də nəzərdə tutulur. Layihəyə xarici təlimçilərlə yanaşı, yerli peşəkarlar da cəlb olunacaqlar. Yaxın günlərdə layihənin http://www.educators.pro saytı fəaliyyətə başlayacaq.
Qeyd edək ki, “Educators.Pro” layihəsinin hazırlıqlarına bu ilin martında başlanılıb.

Tehsil-press.az

Oxşar xəbərlər