Deputat Rasim Balayevin vida mərasimini tənqid etdi: “Belə olmamalıdır”

Deputat Rasim Balayevin vida mərasimini tənqid etdi: “Belə olmamalıdır” Rasim Balayevlə bağlı keçirilən vida mərasimi o qədər də yaxşı deyildi. Mən şəxsən bəyənmədim. Yəni imkan yaradılmalı idi ki, insanlar – onu sevənlər, pərəstiş edənlər gəlib tabutu qarşısından keçərək öz ehtiramını bildirsinlər. Yoxsa ki, bir zal bağlanır, rəsmi şəxslər gəlib çıxışlar edir və bitir. Belə olmamalıdır.

Bu sözləri millət vəkili Fazil Mustafa vida mərasimləri ilə bağlı sualımızı cavablandırarkən deyib. O bildirib ki, bütün vida mərasiməri protokol əsasında keçirilməldir:

“Konkret hansı sahəyə – siyasətə, incəsənətə yaxud ədəbiyyata, idmana aid olan insanların vida mərasimi proseduru dəqiqləşdirilməlidir. Məsələn, dünyasını dəyişən şəxsin tabutu zala qoyulur və zal tutulur. Ancaq dünyasını dəyişən şəxsə ehtiramını bildirmək istəyən ayrı-ayrı şəxslər yaxınlaşa bilmir. Bu yaxşı hal deyil. Ən azı bir dövriyyə prinsipi olmalıdır ki, insanlar gəlib öz vəfa borcunu bildirsin dünyasını dəyişən sənətkara, tanınmış bir şəsiyyətə, milli qəhrəmana. Bunlar hamsı önəmli məsələlərdir və protokol mütləq olmalıdır.

Məsələn, Rasim Balayevlə bağlı protokol o qədər də yaxşı deyildi. Mən şəxsən bəyənmədim. Yəni imkan yaradılmalı idi ki, insanlar – onu sevənlər, pərəstiş edənlər gəlib tabutu qarşısından keçərək öz ehtiramını bildirsinlər. Yoxsa bir zal bağlanır, rəsmi şəxslər gəlib çıxışlar edir və bitir. Belə olmamalıdır. Vida mərasimlərinin insanlara açıq formada təşkil edilməsi daha yaxşı olardı”.

Tehsil-press.az

Oxşar xəbərlər