
Tehsil-press.az 3dnews.ru saytına istinadla xəbər verir ki, sınaqlar zamanı xüsusi hazırlanmış avadanlığın tətbiqi ilə təxminən 10,5 kilometr məsafəyə informasiyanın ötürülməsinə müvəffəq olunub. Bu halda əlaqə kanalının ötürücülük qabiliyyəti 1,72 Tbit/s-ə çatıb.
Alman tədqiqatçılarının bu nailiyyəti ucqar regionların yüksək sürətli internetlə təmini üçün yeni perspektivlər açır. Güman edilir ki, lazer sistemi geostasionar peyklərlə əlaqənin qurulmasında istifadə oluna bilər.
Qeyd edək ki, bu texnologiyanın təcrübədə tətbiqindən əvvəl lazer şüaları yerin atmosferindən keçərkən əlaqə kanalının sabitliyinin təminatı istiqamətində işlər aparılmalıdır.
Tehsil-press.az