Tramp: "ABŞ başqa ölkələrin işlərinə qarışmamalıdır"

Tramp: ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, Vaşinqtona başqa ölkələrin dövlət sisteminə müdaxilə ilə məşğul olmaq lazım deyil.
Tehsil-press.az-n məlumatına görə, bu barədə Trampla görüşdən The New York Times-ın jurnalistləri yazıblar.
"Düşünmürəm ki, biz millətlərin inşaatçısı olmalıyıq", - deyə “Meqqi Xaberman” qəzetinin əməkdaşı da seçilmiş prezidentdən sitat gətirir.
Xatırladaq ki, Donald Tramp seçkiqabağı kampaniyasının gedişatında da bildirirdi ki, başqa ölkələrdə rejimlərin dəyişdirilməsi siyasəti ilə məşğul olmaq niyyətində deyil.

Tehsil-press.az

Oxşar xəbərlər