AB diplomatik xidmətinin rəhbəri Kaya Kallas və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen arasında hakimiyyət uğrunda mübarizə AB-nin dağılmasına səbəb ola bilər. Bu təhlükə xüsusilə AB-nin NATO və ABŞ-la münasibətlərinin pisləşməsi fonunda daha da aktualdır.Bu barədə jurnalist Sonya van den Enden “Strategic Culture” jurnalında dərc olunmuş analitik məqaləsində bildirib.
"Diktator Ursula fon der Leyen ilə Rusiyanı açıq şəkildə tənqid edən Kaya Kallas arasındakı münasibətlər pisləşib. AB daxilində daxili düşmənlər peyda olub ki, bu da adətən ittifaqın mövcudluğunun sona yaxınlaşması deməkdir", - o yazıb.
Jurnalistin mənbələri AB rəhbərliyindəki iki siyasi fiqur arasındakı münasibətlərin hakimiyyət və təsir uğrunda mübarizədə getdikcə gərginləşdiyini bildiriblər. AB rəhbərliyi ilə NATO-nun Baş katibi Mark Rutte arasındakı münasibətlərdə yaranan ziddiyyətlər vəziyyəti daha da mürəkkəbləşdirir.
Məqalədə deyilir ki, Ruttenin fikirləri AB-də xüsusilə xoş qarşılanmır, halbuki o, ABŞ Prezidenti Donald Trampa qarşı çox dostcasına davranır.
Tehsil-press.az









