"Azərbaycanda ifaçını alqışlamırlar" - Günel Zeynalova

Müğənni Günel Zeynalova Azərbaycanda tamaşaçıların ifaçıları alqışlamamasından gileylənib.

"İki başlı" proqramında qonaq olan sənətçi aparıcıların "Türkiyədə, yoxsa Azərbaycanda daha çox sevilirsiniz" sualına belə cavab verib:

"Məni Ağdamda çox sevirlər. Amma hər iki ölkədə tanınıram. Ancaq düzünü deyim, bizdə alqışlamaq yoxdur. Doğrunu deyək. Ancaq deyirik ki, bizi alqışlayın. İnşallah, yavaş-yavaş olar. Sənət aləmində belə alqışlamırlar. Bir məclisdə sevdiyimiz müğənni çıxır, sənət adamları oturur və alqışlamır".

Tehsil-press.az

Oxşar xəbərlər