Prezident Administrasiyası: Avropa Parlamentinin qərarı Türkiyə üçün gözlənilən idi (ÖZƏL)

Prezident Administrasiyası: Avropa Parlamentinin qərarı Türkiyə üçün gözlənilən idi (ÖZƏL) Avropa Parlamentinin Türkiyənin Avropa İttifaqına (Aİ) daxil olmasına dair danışıqların dayandırılmasını tövsiyə edən qətnaməsi Ankara üçün gözlənilən idi və bu, Ankaraya münasibətdə ikili standartın göstəricisidir. Bunu Tehsil-press.az Türkiyənin Prezident Administrasiyasından bildiriblər.
Administrasiyadan deyiblər: "Türkiyə dəfələrlə bəyan edib ki, bu qərar Ankara üçün heç bir hüquqi xarakter daşımır. Avropa İttifaqına üzvlük üçün Türkiyənin yolunu kəsmək əvəzinə, Avropa Parlamenti Aİ və Ankara arasında dialoq yollarının genişləndirilməsinə kömək etməli idi. Türkiyə demokratik dəyərlərə həmişə sadiq olub".
Bu gün Avropa Parlamenti Türkiyənin Aİ-yə daxil olmasına dair danışıqların dayandırılması barədə tövsiyə xarakterli qətnaməni təsdiqləyib.
Sənəd Türkiyədə 15 iyul çevriliş cəhdindən sonra yaranan vəziyyətlə və fövqəladə vəziyyət rejiminin şərtləri ilə bağlı Türkiyənin Aİ-yə üzvlüyünə dair danışıqların dondurulmasını tövsiyə edir.
Qətnamədə bildirilir ki, Türkiyə danışıqların bərpası üçün fövqəladə vəziyyət rejimini ləğv etməlidir.

Tehsil-press.az

Oxşar xəbərlər