Türkiyə AB ilə bütün sazişləri dayandıra bilər

Türkiyə AB ilə bütün sazişləri dayandıra bilər Türkiyə Avropa Birliyi ilə bütün sazişlərin dayandırılmasına hazırdır.

Tehsil-press.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin müşaviri Yiğit Bulud danışıb. Onun sözlərinə görə, “ikili standartlar” siyasəti davam etdiyi təqdirdə Türkiyə AB ilə bütün sazişləri dayandıra bilər.
Y.Bulud “Türkiyə gömrük ittifaqı haqqında saziş də daxil olmaqla, bütün razılaşmaları radikal şəkildə ləğv edə bilər. Biz qarşılıqlı münasibətlərimizə yenidən baxa bilərik”, -deyə bildirib.
Bu bəyanatın verilməsinə səbəb viza rejiminin ləğv edilməsi üçün AB-nin antiterror qanunvericiliyinə dəyişiklik edilməsi ilə bağlı irəli sürdüyü tələbdən Türkiyənin imtina etməsidir.


Tehsil-press.az

Oxşar xəbərlər