Məleykə Abbaszadə: Çətin mövzular imtahan proqramından çıxarılıb

Məleykə Abbaszadə: Çətin mövzular imtahan proqramından çıxarılıb “İmtahanda istifadə olunacaq altstandartlar seçilərkən, 2013-cü ildən keçirilən monitorinq imtahanlarının nəticələri nəzərə alınıb. Belə ki, şagirdlərin əksəriyyətinin mənfi nəticə göstərdiyi alt standartlar, çətin mövzular buraxılış imtahanının proqramından çıxarılıb".
Dövlət İmtahan Mərkəzindən Tehsil-press.az-a verilən məlumata görə, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şuranın növbəti iclasında deyib.
DİM sədri qeyd edib ki, “Abituriyent” jurnalının təzəlikcə işıq üzü gördüyü xüsusi buraxılışının ümumi (9-illik) orta təhsil bazasında yeni təhsil proqramları (kurikulumları) üzrə buraxılış imtahanının modelinə həsr olunub. Onun sözlərinə görə, əhalinin xüsusi marağına səbəb olan yeni qaydalar hüquqi prosedurlardan keçmədiyinə görə model şəklində verilib. Bundan başqa, jurnalda fənlər üzrə alt standartlar, proqramlar, test tapşırığı nümunələri və cavab vərəqi nümunələri də verilib.
İclas iştirakçılarının nəzərinə cari il noyabrın 10-da yaradılmış Ləğvetmə komissiyasının iş planı təqdim edilib. Komissiyanın fəaliyyəti dövründə ləğv edilən TQDK və DQMK-nın vəzifə və funksiyalarının yerinə yetirilməsinin və cari işlərin həyata keçirilməsinin zəruri olduğunu bildirilib.

Tehsil-press.az

Oxşar xəbərlər