Apteklərə xəbərdarlıq edildi

Apteklərə xəbərdarlıq edildi Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) şəffaflığı təmin etmək üçün bir sıra addımlar atıb.

Qurumun mətbuat xidmətindən tehsil-press.az-a verilən məlumata görə, Dövlət baytarlıq nəzarətində hüquqi və fiziki şəxslərə müvafiq xidmətlərin elektron formada göstərilməsi, heyvan və quşlar arasında aparılan epizootik tədbirlərin həyata keçirilməsində şəffaflığın təmin edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Dövlət baytarlıq nəzarətində olan yüklərin, o cümlədən heyvan və heyvan mənşəli yüklərin, baytarlıq preparatları, yem və yem əlavələrinin idxal–ixracı zamanı rəyin verilməsi, eləcə də baytarlıq preparatları, yem və yem əlavələrinin dövlət reyestrinə alınması elektron formada həyata keçirilir. Həmçinin sənədlərin qəbulu elektron formada vətəndaşların iştirakı olmadan qəbul edilir və cavablandırılır. Müvafiq sənədlərin Dövlət Gömrük Komitəsinə ötürülməsi üçün Komitə ilə Xidmət arasında Vahid Avtomatik İnformasiya Sistemi (VAİS) yaradılıb.
Dövlət büdcəsi hesabına alınan baytarlıq preparatlarının istifadəsində şəffaflığı təmin etmək məqsədilə 2017-ci il üçün heyvanlar və quşlar arasında epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına uyğun olaraq istifadə olunacaq biopreparatların, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının üzərində “SATILA BİLMƏZ” sözləri yazılıb. Dövlət büdcəsi vəsaiti hesabına alınmış baytarlıq preparatlarının istifadəsinin tənzimlənməsi, şəffaflığın təmin edilməsi və nəzarətin gücləndirilməsi məqsədi ilə rayon(şəhər) baytarlıq idarələrinə müvafiq tapşırıqlar verilib. Həmin tapşırıqlarda baytarlıq preparatlarının sahə baytarlıq məntəqələrinə bölgüsünə, onların yerlərdə tətbiqinə rayon (şəhər) baytarlıq idarələri tərəfindən ciddi nəzarət edilıməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış biopreparatlar, dezinfeksiya, dezinseksiya və müalicəvi dərman preparatlarının özəl baytarlıq aptekləri, baytar həkimləri, digər fiziki və hüquqi şəxslər tərəfindən satışına qəti şəkildə yol verilməməsi, dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış preparatların işlədilməsi zamanı epizootik və ambulator kitablarda qeydiyyatının aparılaraq istifadə edilməsi tapşırılıb. Baytarlıq idarələrinə göndərilən müvafiq tapşırıqda, eləcə də Xidmətin əməkdaşları tərəfindən reydlər aparılan zaman hər hansı rayon (şəhər) ərazisindəki özəl baytarlıq aptekində, fiziki və hüquqi şəxslərdə dövlət büdcəsi vəsaiti hesabına alınmış və üzərində “SATILA BİLMƏZ” sözləri yazılmış baytarlıq preparatları aşkarlanarsa bu işdə məsuliyyəti olan şəxslər haqqında ciddi inzibati cəza tədbirləri görüləcək.

Tehsil-press.az

Oxşar xəbərlər