
Xəbərdə deyilir ki, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının Moskva şəhərində növbəti görüşü keçirilib. Görüşdə Azərbaycanda istehsal olunan ət və süd məhsullarının Rusiya Federasiyasına ixracı ilə bağlı müzakirələr aparılıb. Bundan sonra Rusiya tərəfi Azərbaycan məhsullaırnın ixracına razılıq verib. Beləliklə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyası çərçivəsində yaradılmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq və kənd təsərrüfatı məhsullarının təchizatı üzrə işçi qruplarının fəaliyyəti dövründə indiyədək 12 Azərbaycan şirkəti Rusiyaya məhsullarını ixrac etmək üçün Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti tərəfindən aparılan reyestrə daxil edilib.
Tehsil-press.az