Pakistanda 23 nəfər spirtli içkidən zəhərlənərək ölüb
Pakistanın Pəncab əyalətində Milad bayramını qeyd edən xristianlardan 23-ü spirtli içkidən zəhərlənərək dünyasını dəyişib. 16 nəfərin vəziyyəti ağırdır.
Ölkədə spirtli içkilərin satışı qadağandır. Ancaq qeyri-müsəlmanlar bu içkini norma ilə ala bilərlər.
Böyük ziyafətlərdə isə çox hallarda əldə düzəldilmə içkilərdən istifadə edilir ki, bu da belə faciələrə gətirib çıxarır.
Tehsil-press.az
- Baxış: 5580
Xəbərin tarixi: 28.12.2016 / 16:37
-
Oxşar xəbərlər