
Tehsil-press.az xəbər verir ki, dünən keçirilən andiçmə tədbirində Anar Məmmədovun iştirak etmədiyi məlum olub. Belə görünür ki, nazir oğlu sözügedən məclisə dəvət almayıb.
Qeyd edək ki, biznesmen Anar Məmmədovun Donald Trampla iş birliyinin olması haqda yerli və xarici mediada kifayət qədər məlumat yayımlanıb. Hətta Bakıda tikilən “Trump Tower”i də Ziya Məmmədovun oğlu ilə ortaq inşa etdirib.
Bu arada bildirək ki, ötən həftə Bakının Nəsimi rayonu ərazisində yerləşən “Tramp” plazada dəyişiklik edilib. Belə ki, otelinin adındakı “Trump Tower” sözü sökülüb.
Tehsil-press.az