Türkiyə XİN-i Niderland səfirinin geri qayıtmasını arzuolunmaz hesab edib

Türkiyə XİN-i Niderland səfirinin geri qayıtmasını arzuolunmaz hesab edib Türkiyə Xarici İşlər Nazirliyi Niderland səfirinin istirahətdən sonra geri dönməsini arzu olunmaz hesab edib.

Təhsil-press.az-ın məlumatına görə, bu qərar, Niderland hökümətininTürkiyə XİN rəhbərinin ölkəyə səfirini təxirə saldıqdan sonra qəbul edilib.
Qeyd edək ki, bu gün Niderland Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəsinə uçuş icazəsini ləğv edib. M.Çavuşoğlu Niderlandda Türkiyə konstitusiyasına düzəlişlərə dəstək mitinqlərində iştirak etmək üçün Rotterdama getməyi palnlaşdırırdı.
Ərdoğan bu hərəkəti edən Niderland hökumətini faşist adlandırıb: " İstədiyiniz qədər təzyiq göstərin, istədiyiniz qədər terrorçuları ölkənizdə bəsləyin. Bunların hamısı sizin ölkənizə qarşı dönəcək".
Çavuşoğlu isə Niderlanda qarşı ciddi sanksiyalar tətbiq ediləcəyini deyib.

Təhsil-press.az

Oxşar xəbərlər