.jpg)
Erasmus+ mübadilə proqramı çərçivəsində həyata keçirilən layihə bir həftə davam edəcək.
Qeyd edək ki, mübadilə proqramı çərçivəsində martın 6-dan 11-dək UNEC-in iki müəllimi – İnara Rzayeva və Sevər Məmmədova Poznan İqtisad və Biznes Universitetində mühazirə oxuyublar. Aprel ayında isə UNEC-in 4 professoru sözügedən universitetdə iqtisadiyyat və riyaziyyat fənlərini tədris etməyə dəvət ediliblər.
Qeyd: 1926-cı ildə yaradılan Poznan İqtisad və Biznes Universiteti Polşanın ən qədim və nüfuzlu iqtisadyönümlü universitetlərdən biridir. Bu ali təhsil ocağı Polşada ən reytrinqli universitet sayılır. Məktəbin nüfuzu dünyanın tədris idarəetmə təhsil metodları və iqtisadiyyat, eləcədə biznes istiqamətləri son ideyaları uyğun yüksək təhsil standartlarına uyğun yaradılıb. Güclü təhsil bazası olan universitet iş dünyası ilə sıx əməkdaşlıq edir.
UNEC haqqında:
UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib.
UNEC-in Mətbuat Xidməti

