Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) maliyyə və maliyyə institutları kafedrasının professoru, Rusiya Federasiyasının iqtisad elmləri doktoru Elnur Sadıqov Rusiya hökuməti yanında Maliyyə Universitetinin Sankt-Peterburq filialında olub.E.Sadıqov maliyyə və kredit ixtisası üzrə təhsil alan tələbələrə “Beynəlxalq valyuta və kredit münasibətləri” fənnini tədris edib. O, həmçinin beynəlxalq valyuta münasibətlərinin problemlərindən və MDB-nin həyata keçirdiyi iqtisadi inteqrasiya sahəsində əldə olunan nailiyyətlərdən bəhs edib.
UNEC-in Mətbuat Xidməti







