Meksikada avtobus qəzası - 12 ölü, 30 yaralı
Meksikanın Çyapas ştatında dağlıq rayonda avtobusun yoldan çıxıb aşması nəticəsində ağır yol-nəqliyyat hadisəsi baş verib. Təhsil-press.az-ın məlumatına görə, hadisə nəticəsində 12 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. İnsident Qvatemala ilə sərhəd yaxınlığında baş verib. Qəza-xilas etmə xidmətinin verdiyi məlumata görə, avtobus zəvvarları daşıyırmış. Qəzanın baş vermə səbəbləri məlum deyil.
Təhsil-press.az
- Baxış: 6486
Xəbərin tarixi: 22.05.2017 / 17:09
-
Oxşar xəbərlər