Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: 13 ölü (YENİLƏNİB)

Türkiyədə hərbi helikopter qəzaya uğrayıb: 13 ölü (YENİLƏNİB) Türkiyənin cənub-şərqindəki Şırnak əyalətində Сoagar helikopterinin qəzaya uğraması nəticəsində 13 hərbçi həlak olub.
Təhsil-press.az-ın məlumatına görə, bu haqda Anadolu xəbər verib.
Türkiyə baş qərargahından bildiriblər ki, helikopter havaya qalxdıqdan bir müddət sonra yüksək gərginlikli naqillər toxunaraq yerə çırpılıb.
Daha əvvəl verilən məlumata görə, helikopter havaya qalxdıqdan üç dəqiqədən sonra qəzaya uğrayıb.
Türkiyənin müdafiə naziri Fikri Işıq hadisə yerinə gedib.
X X X
23:27
Türkiyədə hərbi helikopter qəzaya uğrayıb.
Təhsil-press.az-ın məlumatına görə, hadisə mayın 31-də ölkənin cənub-şərqindəki Şırnak əyalətində baş verib.
İlkin məlumatlara görə, hərbi helikopter havaya qalxdıqdan 3 dəqiqə sonra elektrik naqillərinə dəyib.
Həlak olanlar və yaralananlar barədə məlumat yoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər