
Təhsil-press.az-ın məlumatına görə, bunu jurnalistlərə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir deyib ki, Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu il ötən ilə nisbətən Azərbaycana xaricdən gələn qonaqların sayı daha da çox olacaq.
Ə.Qarayev qeyd edib ki, bu yay da Azərbaycana ərəb ölkələrindən, Rusiyadan, İrandan gələcək turistlərin sayının çoxalağı gözlənilir.
Ə.Qarayev onu da əlavə edib ki, "Formula 1" yarışlarının keçiriləcəyi müddət üçün ölkəmizdəki böyük mehmanxana şəbəkələrinin yerlərinin 95 faizi dola bilər. Nazir artıq həmin müddət üçün sifarişlərin verildiyini də söyləyib.
Təhsil-press.az