Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə ucuzlaşdı

Azərbaycan neftinin SON QİYMƏTİ - Yenə ucuzlaşdı CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 48,83 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,9 dollar/barel azdır.
Bu barədə Təhsil-press.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 7-də 48,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,92 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 7-də 45,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,98 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 7-də 47,22 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,02 dollar/barel çoxdur.

Təhsil-press.az

Oxşar xəbərlər