“Vizions of Azerbaijan” jurnalının redaktoru Əlyazmalar İnstitutunda olmuşdur

“Vizions of Azerbaijan” jurnalının redaktoru Əlyazmalar İnstitutunda olmuşdur 9 iyun 2017-ci il tarixdə Azərbaycan –Avropa İttifaqı və İngilis-Azərbaycan Gənclər Cəmiyyətinin nəzsdində fəaliyyət göstərilən jurnalı olan “Vizions of Azerbaijan”ın redaktoru, tanınmış jurnalist Tom Marsden AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşdur. Qonağı institutun direktoru, akademik Teymur Kərimli, elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. doktoru Aybəniz Əliyeva-Kəngərli qəbul etmiş, institutun yaranma tarixi, keçdiyi inkişaf yolu və hazırki vəziyyəti, burada mühafizə olunan əlyazma və qədim nəşrlər barədə geniş məlumat vermiş, institutun xarici əlaqələri haqqında söhbət açmışlar.
Sonra Tomas Marsden institutun sərgi zalında, Elektron resurslar şöbəsində, Əlyazmaların bərpası və gigyenası boratoriyasında və oxu zalında olmuş, əlyazmaların bərpası, elektronlaşdırılması, institutda aparılan tədqiqat işləri ilə maraqlanmışdır. Qonaq Sərgi salonunda Xatirə kitabına ürək sözlərini yazmış, institutla tanışlıq üçün ona yaradılan şəraitə görə rəhbərliyə öz minnətdarlığını bildirmişdir.
Tomas Marsden adıçəkilən jurnal üçün institutun direktoru, akademik Teymur Kərimlidən geniş müsahibə almışdır. Müsahibə “Vizions of Azerbaijan” jurnalının üçüncü sayında dərc olunacaq.

BSU-nun Mətbuat Xidməti


“Vizions of Azerbaijan” jurnalının redaktoru Əlyazmalar İnstitutunda olmuşdur

“Vizions of Azerbaijan” jurnalının redaktoru Əlyazmalar İnstitutunda olmuşdur

Oxşar xəbərlər