Əlyazmalar İnstitutu Türkiyədə yaşamış həmyelimizin divanını əldə etmişdir

Əlyazmalar İnstitutu Türkiyədə yaşamış həmyelimizin  divanını əldə etmişdir AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə etmişdir. Əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş M.Ə.Talibi 1913-cü ildə Türkiyəyə köçərək, bu ölkənin müxtəlif yerlərində yaşamışdır. O,1943-cü ildə vəfat etmişdir.
M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olmuşdur. Talibinin kiçik həcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın şəkildə göstərməkdədir.

İbrahim Quliyev
AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Oxşar xəbərlər