Səfəvilər dövlətinin mədəniyyəti barədə kitab çapdan çıxıb

Səfəvilər dövlətinin mədəniyyəti barədə kitab çapdan çıxıb Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun əməkdaşı Gülər Əliyevanın “Jan Şardenin “İrana və digər şərq ölkələrinə səyahət” əsərində elm və təhsil” kitabı çapdan çıxıb.
“Elm və təhsil” nəşriyyatı tərəfindən çap olunan kitabın redaktoru institutun direktoru, tarix elmləri doktoru Məryəm Seyidbəyli, elmi məsləhətçisi isə bu qurumun direktorunun müavini, ilahiyyat üzrə fəlsəfə doktoru Səbinə Nemətzadədir.
Nəşrdə fransız səyyah Jan Şardenin XVII əsr Səfəvilər dövlətinin mədəniyyətini və o dövrün Azərbaycan sivilizasiyasını əks etdirən əsərinə müraciət olunub. Kitabın elm və incəsənət haqqındakı hissəsi ilk dəfə Azərbaycan dilinə tərcümə edilib və geniş təhlil olunub.

Afət Abbasova

Oxşar xəbərlər