On tələbə akademiyanın laboratoriyalarında təcrübə keçəcək

On tələbə akademiyanın laboratoriyalarında təcrübə keçəcək Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) mexanika fakültəsinin rəhbərliyi, müəllimləri və bir qrup tələbəsi Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunda (NKPİ) olublar.
ADNSU-nun nümayəndələri institutun direktoru, akademik Vaqif Abbasov ilə görüşüb, fikir mübadiləsi aparılıb, əməkdaşlıq planı hazırlanıb və müzakirə olunub.
Qərara alınıb ki, fakültənin on tələbəsi institutun laboratoriyalarında təcrübə keçsin.

ADNSU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər