![20 yaşlı qızı öldürənə hökm oxundu](http://qafqazinfo.az/uploads/1495624483-5269.jpeg)
Təhsil-press.az-ın verdiyi xəbərə görə, hakim Rahib Salmanovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə Tahir Qaybalıyev 9 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2016-cı il oktyabrın 2-də Gəncə prospektində Tahir Qaybalıyev idarə etdiyi “Mercedes” markalı avtomobil ilə yolu keçmək istəyən piyada 20 yaşlı Səriyyə Əliyevanı vurub. T.Qaybalıyev sərxoş olub. O, hadisə yerindən qaçıb. S.Əliyeva qəzadan 4 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Təhsil-press.az