Türkiyə Rusiyaya 2 milyard dollar ödəyəcək

Türkiyə Rusiyaya 2 milyard dollar ödəyəcək Rusiyanın Türkiyəyə satacağı “S-400” zenit raket kompleksinin qiyməti açıqlanıb.
Rusiyanın Milli Müdafiə Sənaye şirkəti olan “Rostek”in icraçı direktoru Sergey Çemezov müqavilənin dəyərinin 2 milyarddan çox olacağını açıqlayıb.
Məlumata görə, Türkiyə bu kompleksdən 4 ədəd alacaq.
Qeyd edək ki, satış həyata keçirilərsə, Türkiyə “S-400”ə sahib olan ilk NATO üzvü olacaq.
Zenit raket kompleksi eyni anda 27 km hündürlükdə və 250 uzaqlıqda olan 72 hədəfi dəqiq vura bilir.



Tehsil-press.az



Oxşar xəbərlər