Moskvada parad başladı - CANLI YAYIM - VİDEO

Moskvada parad başladı - CANLI YAYIM - VİDEO Rusiyanın paytaxtı Moskvada Qırmızı meydanda 9 May - Qələbə günü münasibətilə parad keçirilir.

Tehsil-press.az azvision.az-a istinadən bildirir ki, parada Rusiya Silahlı Qüvvələrinin 10 min hərbçisi, 135 ədəd yerüstü və 71 ədəd hava hərbi texnikası cəlb olunub.
Paradda Rusiya prezidenti Vladimir Putin, ölkənin baş naziri Dmitri Medvedev, Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayev, Rusiyanın müdafiə naziri Serqey Şoyqu və digər hökumət, dövlət rəsmiləri iştirak edirlər.
"Diqqət, danışır və göstərir Moskva, qulaq asın və Qırmızı meydana baxın!" ənənəvi sözlərindən sonra meydana Rusiya bayrağı çıxarılıb. Paradı qəbul edən ölkənin müdafiə naziri Serqey Şoyqu qələbə günü münasibəti ilə hərbçiləri təbrik edib.
Qeyd edək ki, paradın proqramına uyğun olaraq quruda hərəkət edən hərbi texnikanın keçidindən dərhal sonra, hərbi təyyarələrin uçuşu olacaq. Qırmızı meydandan "T-90" tankları, zirehli "BTR-82a", piyada döyüş maşınları "BMP-3", özüyeriyən haubitsalar "MSTA-S", zenit raket kompleksləri "Buk-M2", zenit raket-tank komplekslərinin keçidi nəzərdə tutulub. Qeyd edək ki, bu gün faşizm üzərində qələbədən 71 il keçir.




Tehsil-press.az

Oxşar xəbərlər