
Məsələ hermafrodit bir şəxsin məhkəməyə müraciətindən sonra gündəmə gəlib. Konstitusiya Məhkəməsi həmin şəxsin şikayətini araşdırıb və haqlı olduğunu elan edib.
Qərara əsasən, 2018-ci ilin sonuna qədər qüvvəyə minməsi üçün qanun layihəsi hazırlanacaq.
Bu qərar bir çox ictimai təşkilat və siyasətçi tərəfindən müsbət qarşılanıb. Onlar bu addımı ayrı-seçkiliyə qarşı mübarizə sahəsində “tarixi qərar” olaraq qiymətləndiriblər.
Qeyd edək ki, Almaniyada hermafrodit insanların sayını 80 minə yaxın olduğu ehtimal edilir.
Tehsil-press.az